top of page

Haqqımızda

Bizim şirkətin bir-birindən ayrılmaz tarixi və inkişafı Azərbaycan Respublikasında irihəcmli enerji obyektlərinin tikintisi ilə bağlıdır. "HİDROXÜSUSİTİKİNTİ" Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında Arpaçay hidroqovşağının tikintisi məqsədilə "QİDROSPETSSTROY" Ümumittifaq Trestinnin xüsusi hidrotexniki işləri üzrə “Arpaçay İxtisaslaşdırılmış İdarəsi” kimi 1972-ci ildə SSRİ-nin Energetika və Elektrikləşdirmə Nazirliyinin əmri ilə yaradılıb.
AzDRES istilik elektrik stansiyasında tikinti işlərinin başlanılması məqsədi ilə “Arpaçay İxtisaslaşdırılmış İdarəsi” 1978-ci ildə Mingəçevir şəhərinə köçürülmüş və "Azərbaycan İxtisaslaşdırılmış İdarəsi"-nə çevrilmişdır.
Hacıqabul rayonunun Nəvai qəsəbəsində Atom Elektrik Stansiyasının (AES) tikinti layihəsi ilə əlaqədar “Azərbaycan İxtisaslaşdırılmış İdarəsi” 1987-ci ildə Mingəçevir şəhərindən Bakı şəhərinə - hazırkı mərkəzi ofisinin yerləşdiyi ünvana, Yasamal rayonuna köçürülmüşdür.

1991-ci ildə qediyyatdan keçərək "QİDROSPETSSTROY" Qapalı Səhmdar Şirkətinin "Azərbaycan İxtisaslaşdırılmış İdarəsi"-nə çevrilmişdir. 

1993-cü ildə Səhmdarların ümumi yığıncağının qərarına əsasən "Azərbaycan İxtisaslaşmış İdarəsi" Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçərək “HİDROXÜSUSİTİKİNTİ” Qapalı Səhmdar Şirkətinə çevrilmiş. Şirkətin adı «ГИДРОСПЕЦСТРОЙ(Qidrospetsstroy)» sözünün tərcüməsindən götürülərək və şirkətin tarixi və əsas fəaliyyət istiqamətlərini əks etdirir.

Şirkətin sahib olduğu təcrübə, mütəxəssislər və texnologiya tikintinin müxtəlif sahələrində bir çox işləri daim yüksək keyfiyyətlə yerinə yetirməsinə imkan verir.
Şirkət şəxsi avadanlıq və texnika parkına, o cümlədən ixtisaslaşmış qazma aqreqatlarına, rotor tipli svay qazma aqreqatlarına, karxana qazma aqreqatlarına və partlayıcı maddələrin daşınması üçün xüsusi avtonəqliyyat vasitələrinə sahibdir. Şirkət özünün partlayıcı maddələrin saxlanılması üçün xüsusi anbara malikdir.

"HİDROXÜSUSİTİKİNTİ" QSC, "SPKTB "Zaporojqidrostal" ASC (Zaparojye, Ukrayna), "Zavod "Master-Profi" MMC (Dnepropetrovsk, Ukrayna) və "Sənaye-Ticarət şirkəti "NAK" MMC (Lvov, Ukrayna) ilə birgə yaradılmış konsorsiumun üzvüdür. Konsorsiumun əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikasında hidrotexniki qurğuların təmiri və tikintisi sahəsində layihələrin birgə icrasından ibarətdir.

Şirkət Türkiyə, Almaniya, Çexiya, Rusiya Federasiyası, Ukrayna, Koreya və Avstraliyanın aparıcı təşkilatları və istehsalatçıları ilə layihə-tikinti, avadanlıq, texnika, texnologiya və xüsusi materiallar sahəsində əməkdaşlıq edir.

bottom of page