HİDROXÜSUSİTİKİNTİ QSC
Görülmüş işlər
-
1972-1978 Arpaçay Su Anbarı – tikinti tuneli, suburaxıcı tunel, daşqın və qəza daşqın qüllələri, qazma-partlayış işləri, svay işləri, 51 metrə qədər dərinliyi olan bəndin təməlində qruntda divar;
-
1972-1976 Tərtər (Sərsəng) SES və İnquri SES (Gürcüstan) — hidro-texniki tunellər;
-
1979-1985 Azərbaycan İstilik Elektrik Stansiyası — qidalandırıcı tunel, svay işləri;
-
1974-1986 Miatli SES (Dağıstan, Rusiya) — hidro-texniki tunel;
-
1972-1976 Çirkey SES (Dağıstan, Rusiya) — hidro-texniki tunel;
-
1979-1988 Vayxır su anbarı — yeraltı qurğuların kompleksi;
-
1982-1986 Viləşçay su anbarı — qazma-partlayış işləri;
-
1986-1987 Çernobl AES (Ukrayna) — qəzanın nəticələrinin aradan qaldırılması üçün Şirkətin 76 əməkdaşı göndərilmişdir;
-
1988-1993 Şəmkir texniki kanalı — daşqın tuneli;
-
1989-1991 Monolit dəmir-beton texnologiyası ilə Azərbaycanda ilk çox mərtəbəli (16) yaşayış binasının tikintisi - Bakı, Binəqədi ray., 7-ci mkr.;
-
1992-1994 Kəlbəcər, Tovuz, Qazax, Ordubad və Sədərək rayonları — dinc əhalinin evakuasiyası və Ermənistanla sərhədlərin möhkəmləndirilməsi üçün qazma-partlayış işləri;
-
1987-1990 Baş Mil-Muğan Kollektoru –svay işləri;
-
1992-1995 Yenikənd SES — qazma-partlayış işləri;
-
1996-1997 M.Maqomayev adına Dövlət Filarmoniyası — inyeksiya işləri;
-
1996-1997; 2004 Landmark Biznes Mərkəzi, Bakı — svay işləri, inyeksiya və torkret işləri;
-
1998-1999 Bibi-Heybət Məscidi – svay işləri;
-
2005-2006 Quba-İspik-Xınalıq avtomobil yolu — qazma-partlayış işləri;
-
2006-2007 Gədəbəy qızıl mədəni — mədənlərin yenidən qurulması, yolların tikintisi;
-
2007 Azərbaycan Dövlət Kukla Teatrının binası — çökmənin aradan qaldırılması və bünövrənin bərkidilməsi;
-
2008-2009 Çovdar qızılı yatağı — yolların tikintisində qazma-partlayış işləri, kəşfiyyat mədənlərinin bərpası;
-
2010 Azərbaycan Dövlət Musiqi Teatrının binası — bünövrənin çökməsinin aradan qaldırılması;
-
1987-2015 Baş Şirvan Kollektoru — svay işləri;
-
2014-2015 «AAC» MMC (Qobustan) — istehsal sexlərinin fundamentinin çökməsinin aradan qaldırılması, fundament plitələrinin tikintisi və avtoklav dəstəyi;
-
2015-2016 Cəyirli su anbarı - bəndin sementasiyası;
-
2012-2013, 2015-2017 Xanbulan su anbarı — şlüzlərin və suburaxıcı tunelinin filtirasiyasının aradan qaldırırlması.
Yuxarıda «HİDROXÜSUSİTİKİNTİ» QSC-nin respublikamızın bir çox sakininə və qonaqlarına məlum olan obyektlərin qısa və seçilmiş siyahısı təqdim edilmişdir. 50 ildən çox tarixi olan şirkət böyük həcmdə işlər görmüşdür – bu, Azərbaycanda kilometrlərlə ölçülən tunellər, bina və qurğuların bünövrə və tikintisində yüz minlərlə metr svay işləri, hidrotexniki qurğuların, yolların və faydalı qazıntıların çıxarılmasında 10 milyon kubmetrlərlə partladılmış qayalar deməkdir.